"Qəbələ" Ukrayna səfərinə hazırlaşır

"Qəbələ" Ukrayna səfərinə hazırlaşır
XƏBƏR 6 Mart 2012 / 18:40 1750
-  A +

“Qəbələ”nin 1997-ci il təvəllüdlü futbolçularından ibarət komandası (U-15) martın 9-dan 16-dək Ukraynanın Donetsk şəhərində təlim-məşq toplanışında olacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, “Qəbələ” ilə Ukraynanın “Şaxtyor” klubu arasındakı əməkdaşlıq çərçivəsində atılan növbəti addımdır.

Qeyd edək ki, ilk mərhələdə klub rəsmilərinin qarşılıqlı səfərləri ilə təməli qoyulan əməkdaşlıq yanvar ayında tərəflər arasında imzalanan protokolla rəsmiləşdirilib.

Donetskdə "Qəbələ"ni təmsil edəcək nümayəndə heyətinə 25 nəfər daxil edilib: Ali Yavaş (Qəbələ Futbol Akademiyasının direktoru), Nail Kərimov (direktor müavini), Halim Fıçıcı (baş məşqçi), Eldəniz Süleymanov (məşqçi), Uğur Kurt (qapıçı məşqçisi), Şabəddin Məmmədov (fizioterapevt), Elnur Əfəndiyev (inzibatçı) və futbolçular Aleksey Dedyukin, Yusif Şirinov, Bəhlul Mustafazadə, Ayxan Əsədov, Çingiz Hüseynov, Mirəli Məmmədzadə, Maqomed Quseynov, Orxan Mehrəlizadə, Yusif Nəbiyev, Əli Səmədov, Emin Zamanov, Tural Məmmədzəyev, Sahil Mirzəyev, Ülvi İskəndərov, Roman Hüseynov, Vüqar Əlibabayev, Coşqun Süleymanov, Fərid Əsədli.
 
“Qəbələ” U-15 bir həftə davam edəcək toplanış çərçivəsində 3 yoxlama görüşündə də qüvvəsini sınayacaq. "Qəbələ" martın 11-də “Şaxtyor”un U-15, 13-də “Şaxtyor”un şəhər filialının komandası, 15-də isə “Metallurq”un U-15 kollektivləri ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Qəbələ futbolçuları təlim-məşq toplanışı günlərində “Şaxtyor”un əsas komandasının bazasında qalacaqlar. Bundan əlavə gənc futbolçular Avropanın ən möhtəşəm arenalarından sayılan “Donbass Arena”na ilə əyani şəkildə tanış olacaqlar. Xarici ölkələrdə, xüsusilə də tanınmış klubların bazasında keçirilən hazırlıq və beynəlxalq görüşlərin akademiyanın gənc futbolçularının dünyagörüşünün formalaşması və onların hazırlıq səviyyəsinin peşəkar səviyyəyə çatdırılmasında rolu əvəssizdir. 

Əlavə edək ki, gələcəkdə “Şaxtyor”un da aşağı yaş qrupundan olan komandalarının Qəbələyə səfər edəcəyi nəzərdə tutulur.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın