Maradona: "Argentina millisinin oyunlarını izləmirəm"

Maradona: "Argentina millisinin oyunlarını izləmirəm"
XƏBƏR 6 Mart 2012 / 15:18 1665
-  A +

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan Maradona 2010-cu ildə CAR-da keçirilən dünya çempionatından sonra Argentina millisinin heç bir oyununu izləmədiyini bildirib.

Hazırda karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vasl" klubunda davam etdirən 51 yaşlı mütəxəssis bu haqda belə danışıb: "2010-cu il dünya çempionatından sonra Argentina millisinin heç bir oyununu izləmirəm. Daha doğrusu izləyə bilmirəm. Çünki ürəyim sıxılır".

Qeyd edək ki, Maradona 2010-cu ildə keçirilən mundialın 1/8 final mərhələsində Almaniya yığmasına 0:4 hesablı məğlubiyyətdən sonra istefa vermişdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki