Anar Salmanov: “Bu, tərbiyəsizlikdir!”

Anar Salmanov: “Bu, tərbiyəsizlikdir!”
XƏBƏR 6 Mart 2012 / 13:45 2170
-  A +

Unibank Premyer Liqasının “Rəvan” – “Qəbələ” oyununun baş hakimi Anar Salmanov meydan sahiblərinin qapıçısı İvan Vasiliyevlə bağlı AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərara münasibət bildirib.

Qeyd edək ki, İntizam Komitəsinin bu gün çıxardığı qərarda deyilir ki, İvan Vasiliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan zaman matçın baş hakimi Anar Salmanova tərəf tüpürdüyü aşkar edilib. Bu səbəbdən futbolçu altı oyunluq cəzalandırılıb, klubu beş min manat cərimə olunub.

Anar Salmanov isə Qol.Az-ın müxbiri ilə söhbətində şəxsən özünün futbolçunun belə hərəkətə yol verməsinə şahid olmadığını deyib. “Amma əgər onun tüpürməsi kameralara düşübsə, o zaman bu hərəkət sadəcə olaraq, tərbiyəsizlikdir!” – deyə Anar Salmanov bildirib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı