Hakimi vuran futbolçuya 10 oyunluq cəza

Hakimi vuran futbolçuya 10 oyunluq cəza
XƏBƏR 6 Mart 2012 / 13:37 1909
-  A +

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun XIX turunda baş verənlər də diqqətdən kənarda qalmayıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK son turda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan I divizionunun XIX turunun “Muğan” – “MKT Araz” matçın 66-cı dəqiqəsində “Muğan” klubunun 7 nömrəli futbolçusu Səməd Rzayevlə “MKT Araz” klubunun 11 nömrəli futbolçusu Hüseyn Əliyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır, klublar 400 manat cərimə olunub.

Azərbaycan I divizionunun XIX turunun MOİK – “Energetik” matçının 42-ci dəqiqəsində MOİK klubunun 3 nömrəli futbolçusu Rəşad Hacızadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimələnib.

Azərbaycan I divizionunun XIX turunun “Şəmkir” – “Qaradağ Lökbatan” matçının 25-ci dəqiqəsində “Şəmkir” klubunun 19 nömrəli futbolçusu Vüqar Nağıyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman futbolçu matçın baş hakiminə qarşı fiziki təsir göstərdiyi üçün futbolçu 10 oyunluq cəzalanır, kluba 1000 manat cəza kəsilib. Matçın 25-ci dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi Anar Kələntərov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır. Baş məşqçi mövsüm ərzində ikinci dəfə texniki zona qaydalarını pozduğuna görə klub 200 manat cərimələnib.

Azərbaycan I divizionunun XIX turunun “Lokomotiv” – “Karvan” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 42-ci dəqiqəsində “Lokomotiv” klubunun baş məşqçisi İbrahim Uzunca texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır. Baş məşqçi mövsüm ərzində ikinci dəfə texniki zona qaydalarını pozduğuna görə klub 200 manat cərimələnib. Oyunun 72-ci dəqiqəsində “Karvan” klubunun klubunun 12 nömrəli futbolçusu Sücəddin Mobinov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Karvan” klubunun 3 nömrəli futbolçusu İlqar Abdullayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 20 manat cəza kəsilib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı