AFFA "Rəvan"ın qapıçısını 6 oyunluq cəzalandırdı

AFFA "Rəvan"ın qapıçısını 6 oyunluq cəzalandırdı
XƏBƏR 6 Mart 2012 / 13:20 1604
-  A +

Bu AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığıncaqda Unibank Premyer Liqasının XXII turunda baş verən hadisələrlə bağlımüvafiq  qərarlar çıxarılıb.

Unibank Premyer Liqasının XXII turunun “Rəvan” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Rəvan” klubunun 61 nömrəli futbolçusu İvan Vasiliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin matçın videoyazısını izlədikdə futbolçunun qeyri-etik jest göstərdiyi və meydanı tərk etdiyi vaxt matçın baş hakimi Anar Salmanova tərəf tüpürdüyü aşkar edilmişdir. Bu səbəbdən adıçəkilən futbolçu 6 oyunluq cəzalanır, klub 5 min manat cərimələnib.

Unibank Premyer Liqasının XXII turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 1000 manat cəza kəsilib. Oyunun 40-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya (tüstü şaşkası) atıldığı üçün klub 2 min manat cərimə olunub.

Unibank Premyer Liqasının XXII turunun “Bakı” –  “İnter” matçının 65-ci dəqiqəsində “Bakı” klubunun 11 nömrəli futbolçusu Elvin Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2 min manat cərimələnib.

Daha çox


Son xəbərlər