“Qarabağ” Ağdama getdi

XƏBƏR 6 Mart 2012 / 12:36 1591
-  A +

“Qarabağ” yenidən Ağdama yollanıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Unibank Premyer Liqasının təsnifat mərhələsinin sonuncu turunda “Simurq”u qəbul edəcək komanda bu gün Quzanlıya gedib. 

“Qarabağ” dörd gün sonra baş tutacaq final mərhələsinin ilk turuna qədər Ağdamda qalaraq, oradan ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşü üçün Qəbələyə yollanacaq. Bu gün axşam komanda 1 saatlıq yüngül məşq keçəcək.

Qeyd edək ki, “Qarabağ” – “Simurq” oyunu saat 14:30-da keçiriləcək.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq