Vaqif Əliyev: "Poşkus səbr kasamızı daşırdı"

Vaqif Əliyev: "Poşkus səbr kasamızı daşırdı"
ÖLKƏ FUTBOLU 6 Mart 2012 / 12:29 2319
-  A +

“Simurq” klubunun litvalı hücumçusu Robertas Poşkus komandadan ayrılıb.

Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində Zaqatala təmsilçisinin icraçı direktoru Vaqif Əliyev məlumat verib.

Klub nümayəndəsi Poşkusun zədəsini bəhanə edərək, komandanın düşərgəsini tərk etdiyini açıqlayıb:

“Hiss olunur ki, bu adam “Simurq”da oynamaq istəmir. Onun ailəsində bir sıra problemlər var idi. Biz bunu anlayışla qarşılayırdıq. Amma futbolçu lap ağını çıxardı. Müəyyən qədər ona güzəştə getdik.  Poşkus isə bizim səbr kasamızı daşırdı”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı