"Milan" və "Benfika" 1/4 finalda, "Arsenal" və "Zenit" ÇL-lə vidalaşdı

"Milan" və "Benfika" 1/4 finalda, "Arsenal" və "Zenit" ÇL-lə vidalaşdı
GÜNDƏM 7 Mart 2012 / 01:37 5726
-  A +

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Səfərdə "Milan"a 0:4 hesabı ilə məğlub olan "Arsenal" rəqibini doğma azarkeşləri önündə məğlub etməyə çalışacaqdı. Lakin bu görüşün daha çox formal xarakteri daşıyacağı gözlənilirdi. "Arsenal" bunun əksinə olaraq ilk hissədə 3 cavabsız qol vursa da, lazım olan 4-cü topu rəqib qapısında keçirə bilməyib və ÇL-də mübarizəni dayandırıb. 

Digər oyun isə Portuqaliyada baş tutub. Burada yerli "Benfika" klubu Rusiya "Zenit"ini sınağa çəkib. Öz meydanında 3:2 hesabı ilə qələbə qazanan Peterburq təmsilçisi bu üstünlüyünü qorumağa çalışacaqdı. Lakin doğma azarkeşləri önündə 2 cavabsız qolla qalib gələn "Benfika" növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, sabah daha iki qarşılaşma baş tutacaq. APOEL öz meydanında "Lion"u, "Barselona" isə "Bayer" (Leverkuzen) klubunu qəbul edəcək.

 


6 mart

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları

23:45. "Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) (ilk oyun - 0:4) - 3:0
Qollar:
Kosielni, 7 (1:0), Rosiçki, 26 (2:0), Van Persi, 43-pen (3:0)

23:45. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) (ilk oyun - 2:3) - 2:0
Qollar:
Pereyra, 45 (1:0), Oliveyra, 90+2 (2:0)


 

7 mart

23:45. APOEL (Kipr) - "Lion" (Fransa) (ilk oyun - 0:1)

23:45. "Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) (ilk oyun - 3:1)

Daha çox


Son xəbərlər