Abramoviçin "Çelsi"yə gətirmək istədiyi məşqçi bəlli oldu

Abramoviçin "Çelsi"yə gətirmək istədiyi məşqçi bəlli oldu
XƏBƏR 6 Mart 2012 / 02:30 2952
-  A +

"Çelsi" klubunun sahibi Roman Abramoviçin Almaniya milli komandasının baş məşqçisi Yoahim Lövlə görüşdüyü iddia olunur.

Qol.Az-ın İsveçrə mətbuatına istinadən verdiyi məlumata görə, Cenevrədə Lövlə görüşən Abramoviç almaniyalı mütəxəssisə "Çelsi"də işləməyi təklif edib.

Lakin hazırda Almaniya millisini çalışdıran Lövün hər hansı bir klubda işləyəcəyi inandırıcı görünmür. Bu ilin yayında Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatının startına az vaxt qaldığı üçün Löv təklifə heç bir münasibət bildirməyib.

Lakin Lövün Avro-2012-dən sonra "Çelsi"nin baş məşqçi postuna gələcəyi istisna olunmur. Britaniya mətbuatı da Abramoviçin ilk hədəfinin məhz 52 yaşlı mütəxəssis olduğunu yazır.

Qeyd edək ki, Lövün Almaniya millisi ilə 2014-cü ilə qədər müqaviləsi var.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın