"Qalatasaray"ın sabiq futbolçusu həbs oluna bilər

"Qalatasaray"ın sabiq futbolçusu həbs oluna bilər
XƏBƏR 23 Fevral 2012 / 12:53 1897
-  A +

"Qalatasaray" klubunun sabiq futbolçusu Georgi Popesku həbs edilə bilər.

Qol.Az-ın məlumatına görə, rumıniyalı futbolçu qeyri-qanuni yolla gəlir əldə etməkdə günahlandırılır.

Rumıniyada 1999-2005-ci illərdə həyata keçirilən 12 transfer zamanı Bekali qardaşları və Popeskunun qanun pozuntularına yol verdikləri iddia olunur.

2003-cü ildə "Rapid" (Buxarest) klubundan "Qalatasaray"a keçən Bratunun transferində də Popeskunun adı hallanır. Onun günahı sübuta yetiriləcəyi təqdirdə futbolçu həbs olunacaq.

Qeyd edək ki, 2008-ci ildə başlanılan araşdırmaya görə Rumıniyada 4 klub qeyri-qanuni transferlərdən 10 milyon dollar ziyana düşüb.  


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord