Millimizin Dubaydakı oyunları yayımlanacaqmı?

GÜNDƏM 23 Fevral 2012 / 12:35 2598
-  A +

Azərbaycan milli komandasının Dubay toplanışı çərçivəsində keçirəcəyi üç yoxlama oyunundan heç biri canlı yayımlanmaya bilər.

Qol.Az-ın məlumatına görə, hələlik ölkə telekanallarından heç birinə bununla bağlı müraciət daxil olmayıb.

“İdman Azərbaycan” kanalından da bildirilib ki, hələlik millinin oyunlarının yayımlanıb-yayımlanmaması sual altındadır.

Qeyd edək ki, Dubay toplanışı çərçivəsində millimiz sabah, fevralın 24-də Sinqapur, fevralın 27-də Hindistan, fevralın 29-da isə Fələstin yığmalarıyla yoxlama oyunu keçirəcək.

Daha çox


Son xəbərlər