“Ola bilər ki, bu, Foqtsun Yunisoğluyla bağlı şəxsi qərarıdır”

“Ola bilər ki, bu, Foqtsun Yunisoğluyla bağlı şəxsi qərarıdır”
GÜNDƏM 23 Fevral 2012 / 12:30 2282
-  A +

“Qəbələ” klubunda futbolçusu Saşa Yunisoğlunun milli komandanın baş məşqçisi Berti Foqts tərəfindən beş min manat məbləğində cərimələnməsi barədə məlumat yoxdur.

Klubun baş meneceri Zaur Əzizov Qol.Az saytına bildirib ki, bununla bağlı federasiya tərəfindən kluba hər hansı rəsmi məktub daxil olmayıb: “Ola bilər ki, bu, məşqçinin futbolçuyla bağlı şəxsi qərarıdır”.

Qeyd edək ki, mətbuatda Avropa çempionatının Azərbaycan – Avstriya oyununda (1:4) aldığı qırmızı vərəqəyə görə Fotqsun Yunisoğlunu beş min manat cərimələməsi haqda məlumat yayılıb. Bildirilib ki, yalnız bu cərimə ödəniləcəyi halda Saşa milliyə çağırılacaq.

Daha çox


Son xəbərlər