"Arsenal" razılıq verərsə, Arşavin "Zenit"ə qayıdacaq"

"Arsenal" razılıq verərsə, Arşavin "Zenit"ə qayıdacaq"
XƏBƏR 23 Fevral 2012 / 12:16 1421
-  A +

"Arsenal" klubunun yarımmüdafiəçisi Andrey Arşavin yenidən Rusiya Premyer Liqasına çıxış edə bilər.

Qol.Az-ın məlumatına görə, 30 yaşlı futbolçunun "Zenit" (Peterburq) klubuna qayıdacağı iddia olunur.

Peterburq təmsilçisi Arşavin üçün 8 milyon avro ödəməyə hazırdır. Klub rəhbərliyi Arşavini icarəyə götürmək niyyətindədir:

"Arşavini icarəyə götürmək istəyirik. Əgər "Zenit"ə gəlsə, həm bizə kömək edəcək, həm də Avro-2012-yə yaxşı formada yollanacaq. Ancaq burada əsas problem "Arsenal"ın nə istəməsidir. Əgər onlar razılıq versələr, Arşavin "Zenit"ə qayıdacaq".

Qeyd edək ki, Rusiyada qış transfer pəncərəsi sabah başa bağlanacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı