Riberi: "Avro-2012-də uğurlu çıxış edəcəyik"

Riberi: "Avro-2012-də uğurlu çıxış edəcəyik"
AVRO-2012 23 Fevral 2012 / 02:03 2451
-  A +

Fransa milli komandasının yarımmdüfiəçisi Frənk Riberi iddialı açıqlamaları diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu bu ilin yayında Ukrayna və Polşada keçiriləcək Avropa çempionatında uğur qazanacaqlarına inandığını bildirib:

"Məncə, komanda daxilində heç bir problem yoxdur. Yüksək ab-hava hökm sürür. Avropa çempionatında uğurlu çıxış edəcəyimizə inanıram. Biz Loran Blanka çox güvənirik. Ümid edirəm ki, Blank uzun müddət Fransa millisini çalışdıracaq".

Qeyd edək ki, Fransa turnirin qrup mərhələsində İngiltərə, Ukrayna və İsveç yığmaları ilə mübarizə aparacaq.


Son xəbərlər