Rusiya komandasının baş məşqçisi Türkiyədə öldü

XƏBƏR 23 Fevral 2012 / 01:09 2096
-  A +

Türkiyədə keçiriləcək Xizəksürmə üzrə Dünya Çempionatında iştirak etmək üçün Ərzuruma gələn Rusiya komandasının baş məşqçisi Sergey Zerih ölüb.

Qol.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 44 yaşlı baş məşqçi bu gün səhər otel nömrəsində ölü tapılıb.

Ölümün səbəbini müəyyənləşdirmək üçün Sergey Zerihin cəsədi xəstəxanaya aparılıb.

 


Son xəbərlər