Mirhüseyn Seyidov: “Mən heç kimi söyməmişəm”

Mirhüseyn Seyidov: “Mən heç kimi söyməmişəm”
ÖLKƏ FUTBOLU 22 Fevral 2012 / 18:34 2463
-  A +

“Rəvan”la oyunda komandamız hesabı gec açdığı üçün bir az əsəbi idim. Söyüş söydüyümü inkar etmirəm. Amma mən heç kimi söyməmişəm. Sadəcə aqressiv olduğum üçün özlüyümdə söyüşdən istifadə etdim”.

Qol.Az-ın müxbirilə söhbətində bu sözləri AFFA İntizam Komitəsi tərəfindən “Rəvan”la oyunda təhqiredici hərəkətlərə yol verdiyi üçün 3 oyunluq cəzalandırılan “Neftçi” klubunun futbolçusu Mirhüseyn Seyidov deyib.

Seyidov nə azarkeşlərə, nə də  rəqib komandanın futbolçularına qarşı heç bir qeyri-etik hərəkət etdiyini bildirib: “Bir daha təkrar edirəm ki, özlüyümdə söymüşəm. Yəqin ki, AFFA İntizam Komitəsinin bu qərarına qarşı klubum tərəfindən də hər hansı bir reaksiya olacaq”.

Daha çox


Son xəbərlər