Böyükağa Hacıyev: "Deyəsən, onu bir qədər ərköyünləşdiriblər"

Böyükağa Hacıyev: "Deyəsən, onu bir qədər ərköyünləşdiriblər"
GÜNDƏM 21 Fevral 2012 / 17:04 3147
-  A +

"Rəvan"la matçın çətin keçəcəyini bilirdim. Oyun ərzində kifayət qədər qol imkanlarımız olsa da, bunların yalnız birindən yararlandıq".
  
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Rəvan"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

B.Hacıyev bu görüşdə Flavinyonun qolu sayəsində vacib 3 xal qazandıqlarını bildirib: "Rəvan" yaxşı müdafiə olundu. Əsasən də qapıçıları inamlı təsir bağışlayırdı. Flavinyo qələbə qolunu vurmaqla komandaya vacib 3 xal qazandırdı. Denis Silvanı əvəzləməyimə gəldikdə isə deyəsən onu bir qədər ərköyünləşdiriblər.

Mən komandaya gələndən sonra hər kəsə öz yerini göstərdim. Əgər Denis oynamaq istəmirsə, o zaman gəlib ehtiyat skamyasında otursun. Bu səbəbdən Silvanın əvəzinə meydana Cavid İmamverdiyevi buraxdım. "Neftçi"də əvəzolunmaz futbolçu yoxdur". 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı