Bəhmən Həsənov: "İlk altılığ"a düşmək şanslarımız bitdi"

Bəhmən Həsənov: "İlk altılığ"a düşmək şanslarımız bitdi"
XƏBƏR 21 Fevral 2012 / 16:55 1594
-  A +

"Bilirdik ki, bu gün "Neftçi" komandasına qarşı oynayırıq və bizi çətin oyun gözləyir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Rəvan" klubunun baş məşqçisi Bəhmən Həsənov "Neftçi" ilə oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

B.Həsənov görüşlə bağlı daha sonra bunları bildirib: "Oyun ərzində hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Ancaq təəssüf ki, ələ düşən fürsətləri dəyərləndirə bilmədik.

"Neftçi"yə qarşı müdafiə futbolu oynadıq. Çünki rəqibimiz hücum futbolu nümayiş etdirir. Hər komanda "Neftçi"nin oyunboyu güclü təzyiqinə tab gətirə bilmir. Bu nəticədən sonra ilk "altılığ"a düşmək şanslarımız bitdi".


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"