Cüneyt Biçər "Qəbələ"yə məğlubiyyətdən danışdı

Cüneyt Biçər "Qəbələ"yə məğlubiyyətdən danışdı
ÖLKƏ FUTBOLU 21 Fevral 2012 / 16:16 2898
-  A +

“Nəticənin belə olacağını gözləmirdim. Son dəqiqələrdə vurulan qol bizim üçün sürpriz oldu”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”yə məğlubiyyətdən (1:2) sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.

Türkiyəli mütəxəssis komandasının pis oynamadığını bildirib: “Futbolda belə hallar olur”.

Kamran Ağayevin bugünkü matçda oynamaması ilə bağlı isə Biçər deyib ki, qapıçının dünən axşam hərarəti qalxıb: “Biz Kamranın hərarətinin enməsi üçün ona iynə vurduq. Bununla belə, Kamranın qızdırması enmədi. Bu səbəbdən onu ehtiyatda saxlamağa məcbur olduq”.

Sonda Biçər komandanın yeni transferlərinin oyunu haqda danışıb: “Mənim istədiyim futbolu sərgiləyə bilmədilər. Onlara uyğunlaşmaq üçün bir qədər zaman lazımdır”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki