Elnur Əşrəfoğlu: "Azarkeşlərin bizi anlayışla qarşılayacağına inanırıq"

Elnur Əşrəfoğlu: "Azarkeşlərin bizi anlayışla qarşılayacağına inanırıq"
GÜNDƏM 21 Fevral 2012 / 14:17 2797
-  A +

Unibank Premyer Liqanın XXI turu çərçivəsində bir qədər sonra baş tutacaq “Neftçi” - “Rəvan” matçı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. 

Qol.Az-ın müxbirilə söhbətində "Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu bildirib ki, hazırda matçın keçiriləcəyi İsmət Qayıbov adına Bakıxanov stadionunda təmir işləri aparılır.

“Bildiyiniz kimi, komandamız ev oyunlarını məhz bu stadionda keçirir. Stadionun vəziyyətinin daha da yaxşılaşması üçün müəyyən təmir-bərpa işləri görürük. Bu səbəbdən yarana biləcək hər hansı narazıçılığa görə azarkeşlərin bizi anlayışla qarşılayacağına inanırıq".

Bütün bunlara baxmayaraq, matçın normal izlənə bilməsi üçün hər cür şərait yaradacağıq".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi