Milli komandamız AZAL-la oynayacaq

XƏBƏR 21 Fevral 2012 / 13:06 1531
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevral ayının 24-də AZAL klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Qol.Az-ın məlumatına görə, qarşılaşma saat 17:00-da «Dalğa Arena»da baş tutacaq.

Xatırladaq ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız fevralın 29-da İslandiya ilə qarşılaşacaq.

Matç saat 18:00-da «Dalğa Arena»da start götürəcək.


Son xəbərlər