Əfsanəvi futbolçu yenidən xəstəxanada

Əfsanəvi futbolçu yenidən xəstəxanada
XƏBƏR 21 Fevral 2012 / 12:08 1683
-  A +

Əfsanəvi portuqaliyalı futbolçu Eysebio yenidən xəstəxanaya çatdırılıb.

Sabiq hücumçu yüksək təzyiqlə Lissabon klinikalarından birinə yerləşdirilib.

Onun vəziyyətinin sabit və həyat üçün təhlükəsiz olduğu bildirilir. Eysebionun 2 gün sonra xəstəxananı tərk etməsi nəzərdə tutulub.

Qeyd edək ki, əfsanəvi futbolçu ötən ilin dekabrında ağ ciyər iltihabı diaqnozu ilə xəstəxanaya çatdırılmışdı. Yanvarın əvvəllərində isə o, çiynindəki ağrılarla əlaqədar hospitala yerləşdirilmişdi.

Xəbər: lent.az

 


Son xəbərlər