"Qəbələ" və AZAL qələbə qazandı, "Neftçi" yenidən zirvədə

"Qəbələ" və AZAL qələbə qazandı,  "Neftçi" yenidən zirvədə
PREMYER LİQA 21 Fevral 2012 / 16:22 10436
-  A +

Bu gün Unibank Premyer Liqasının XXI turunda növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.

Ötən turda səfərdə "Xəzər Lənkəran"a 0:1 hesabı ilə məğlub olan paytaxtın AZAL klubu doğma azarkeşləri önündə "Turan"ı qəbul edib. Görüş hər iki komanda üçün mühüm əhəmiyyət daşıyırdı.
 
İlk "altılığ"a düşmək şanslarını hələ də saxlayan "təyyarəçilər"i bu görüşdə yalnız qələbə qane edirdi. Əks təqdirdə AZAL "altılıq"dan kənar qalacaq. Bu mövsüm heç də yaxşı günlərini keçirməyən "Turan" klubu isə elitada qalmaq üçün mütləq xallarını artırmalı idi. Lakin görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2.

Günün ən maraqlı qarşılaşması "Qəbələ"də baş tutub. Burada yerli "Qəbələ" klubu "Xəzər Lənkəran"la qarşılaşıb. İlk "altılıq"da möhkəmlənməyi planlaşdıran Fatih Kavlakın komandasının meydana qələbə qazanmaq üçün çıxacağı heç kəsdə şübhə doğurmurdu. Bu mövsüm də çempionluğa oynayan "Xəzər Lənkəran" klubunun da Qəbələyə yalnız 3 xal üçün getdiyi hər kəsə aydın idi. Ən yaxın izləyiciləri ilə xal fərqini qorumaq üçün Lənkəran təmsilçisini qələbə razı sala bilərdi. Lakin iki türkiyəli mütəxəssisin dueli Kavlakın qələbəsi ilə başa çatıb - 2:1. 

Turun son qarşılaşmasında isə "Neftçi" və "Rəvan" komandaları üz-üzə gəlib. Ötən turda "Sumqayıt"ı səfərdə 3:0 hesabı ilə darmadağın edən Böyükağa Hacıyevin komandası "Rəvan"la görüşdən də 3 xalla ayrılmaq niyyətində idi. Lakin bu elə də asan görünmürdü. Son turda öz meydanında "Turan"ı məğlub etməklə ilk "altılığ"a düşmək "Rəvan" bu görüşdə mütləq qələbə qazanmalı idi. Əks təqdirdə "Rəvan" ilk "altılıq"dan kənarda qalacaqdı. "Neftçi" isə qalib gəlməklə yenidən liderliyini geri qaytaracaqdı ki, bunu da bacarıb - 1:0.

 


21 fevral (çərşənbə axşamı)

Unibank Premyer Liqası, XXI turun oyunları

14:00. "Qəbələ" - "Xəzər Lənkəran" 2:1
Qollar:
Rahid Əmirquliyev, 25 (0:1), Aleksandr Çertoqanov, 41 (1:1), Deon Burton (90+1)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ rayon Böyük Əmrli kənd stadionu.


"Qəbələ": 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan 18. Aleksandr Çertaqanov, Stiv Olfers, Murad Hüseynov 24. Daniel Lupez Kruz, 77. Dodo

“Xəzər Lənkəran”:
Kamal Bayramov, Elnur Allahverdiyev, Elvin Begiri, Roberto Alviz, Katalin Doman, Eder Bonfim, Branimir Subaşiç, Andrey Mureşan, Rahid Əmirquliyev, Adrian Pit, Antonio Semedo (Brenes, 54)

14:00. AZAL - "Turan" 3:2
Qollar:
Zohair Benouahi, 1, (1:0), Nadir Nəbiyev, 38 (1:1), Zohair Benouahi, 70 (2:1) Georgi Bogihu, 78 (3:1), Rəşid Hüseynov, 90+1 (3:2)
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Ramiz Əsədov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Akif Məmmədov
AZAL Arena.

AZAL: Amil Ağacanov, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev, Ervin Bulku, Elşən Məmmədov (Orxan Səfiyaroğlu, 46), Nuqzar Kvirtiya, Zohair  Benouahi, Georgi Bogihu, Bronislav Arseniyeviç, Viktor İqbekoyi,

"Turan": Anar Nəzirov, Aftandil Hacıyev, Seymur Tağıyev, Ayxan Abbasov, Fərmayıl Əliyev, Nadir Nəbiyev (Azər Məmmədov, 44) Aleksandr Qoqoreşvili, Rəşad Orucov, Seidu Salifu (sarı vərəqə, 25), Cavid Tağıyev, Rəşid Hüseynov.



14:30. "Neftçi" - "Rəvan" 1:0
Qol:
Flavinyo, 83 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:30

"Neftçi": Rauf Mehdiyev, Rail Məlikov, Denis Silva, İqor Mitrevski, Slavço Georgiyevski, Bahadır Nəsimov, Flavinyo, Ruslan Abışov, Ruslan Əmircanov, Mirhüseyn Seyidov, Rəşad Abdullayev

 


20 fevral

"İnter" - "Sumqayıt" 2:0
Qollar:
Baçana Sxadadze, 34 (1:0) Vladimir Levin, 65 (2:0)
Qırmızı vərəqə: Arif Daşdəmirov, 35
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Zeynal Zeynalov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əmir Zamanov
"Şəfa" stadionu.

"Simurq" - "Bakı" 0:2
Qollar:
Aleksandr Soliç, 2 (0:1), Koke, 63 (0:2)
Qırmızı vərəqə: Lukas Horvat, 61
Hakimlər: Anar Salmanov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala şəhər stadionu.

"Qarabağ" - "Kəpəz" - 1:0
Qol:
Georgi Adamiya, 27 (1:0)
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Yaşar Abbasov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Xaqani Məmmədov
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.

“Qarabağ”: Boyan Pavloviç, Eltun Yaqublu, Rəşad Sadiqov (k), Namiq Yusifov, Bəxtiyar Soltanov (Muarem Muarem 70),  Rəşad Sadıqov, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya, Rauf Əliyev (Vüqar Nadirov, 83)

“Kəpəz”: Tural Abbasadə, Armand Feutchine, Nail Məmmədov, Azər Məmmədov, Əli İsmayılov (90, qırmızı vərəqə) Pərvin Paşayev (Junivan Suares, 78) İon Arabadji, Samir Allahquliyev, Dmitri Parxazov (Ceyhun Əhmədov 72), Firudin Sultanov, Yuri Fomenko 





Turnir cədvəli

Komanda O Q H M Qollar Xallar
1 Neftçi 20 14 1 5 41-16 43
2 İnter 20 12 6 2 20-9 42
3 Xəzər Lənkəran 20 11 5 4 29-19 38
4 Qarabağ 20 10 5 5 24-14 35
5 Bakı 20 9 5 6 25-19 32
6 Qəbələ 20 9 5 6 21-20 32
7 AZAL 20 7 5 8 29-31 26
8 Rəvan 20 6 7 7 23-24 25
9 Simurq 20 5 4 11 18-30 19
10 Kəpəz 20 4 4 12 21-36 16
11 Sumqayıt 20 4 3 13 13-28 15
12 Turan 20 3 2 15 13-30 11



Bombardirlər


1. Bahadır Nəsimov - "Neftçi" - 13 qol
2. Flavio Aleks Valensio - "Neftçi" - 9 qol
3. Robertas Poşkus - "Simurq" - 8 qol
4. Tales Şütz - AZAL - 8 qol
5. Əfran İsmayılov - "Qarabağ" - 6 qol
6. Uinston Parks - "Bakı" - 6 qol
7. Luiz Paulo Hilario - "Qəbələ" - 6 qol


Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı