"İnter"dən ayrılmaq üçün hələ tezdir"

"İnter"dən ayrılmaq üçün hələ tezdir"
XƏBƏR 21 Fevral 2012 / 02:55 1613
-  A +

"İnter"in yarımmüdafiəçisi Uesli Sneyder "Zenit" (Peterburq) klubuna transfer olunacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Peterburq təmsilçisindən təklif aldığını təsdiqləyən hollandiyalı futbolçu "İnter"i tərk etmək istəmədiyini vurğulayıb:

"Zenit"in mənimlə maraqlandığı doğrudur. Peterburq təmsilçisi mənə yaxşı təklif göndərmişdi. Lakin mən "İnter"i tərk etmək niyyətində deyiləm. Düşünürəm ki, bunun üçün hələ tezdir".
 
Qeyd edək ki, 2009-cu ildən "İnter"də çıxış edən 27 yaşlı futbolçunun komanda ilə 3,5 illik müqaviləsi var.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"