"Almaniyada heç bir klubu çalışdırmaram, ancaq..."

"Almaniyada heç bir klubu çalışdırmaram, ancaq..."
XƏBƏR 21 Fevral 2012 / 01:33 1743
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis yaxın gələcəkdə hər hansı bir klubda çalışmaq istədiyini bildirib:

"Demirəm ki, heç bir klubu çalışdırmaram. Artıq belə bir istəyim var. Avropa çempionatından sonra hər hansı bir klubda işləyə bilərəm. Ancaq Almaniyada işləmərəm. 

Hər zaman ölkəmin milli komandasında çalışmağın tərəfdarı olmuşam. Düşünürəm ki, bundan sonra da belə olacaq. Lakin ölkə xaricində hər hansı bir klubda çalışa bilərəm".

Qeyd edək ki, 52 yaşlı mütəxəssisin Almaniya yığması ilə müqaviləsi 2014-cü ildə başa çatacaq. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı