Anelka Droqbanı yanına çağırır

Anelka Droqbanı yanına çağırır
XƏBƏR 21 Fevral 2012 / 00:01 1802
-  A +

"Çelsi" klubunun hücumçusu Didye Droqba karyerasını Çində davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, Fil Dişi Sahili millisinin futbolçusu sabiq komanda yoldaşı Nikolya Anelkanın yanına gedəcəyi iddia olunur.

Qış fasiləsində "Çelsi"dən ayrılaraq Çinin "Şanxay Şenhua" klubu keçən Anelka Droqbanı da komandasına dəvət edib: "Droqba ilə tez-tez danışırıq.

Əgər hər şey yolunda gedərsə, yaxın günlərdə o da Şanxaya gələcək. Təbii ki, bu transferi mən həyata keçimirəm. Ancaq mənim də müəyyən təsirim olacaq. Droqbanın transferi üçün tərəflər arasında qarşılıqlı razılıq əldə olunmalıdır".

Qeyd edək ki, mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatacaq 33 yaşlı komandada qalmaq istədiyini bildirsə də, rəhbərlik bu təklifi qəbul etməmişdi. 


Son xəbərlər