Dəmirörən Türkiyə Futbol Federasiyasının prezidentliyinə rəsmən namizəd oldu

Dəmirörən Türkiyə Futbol Federasiyasının prezidentliyinə rəsmən namizəd oldu
GÜNDƏM 20 Fevral 2012 / 20:34 2111
-  A +

"Beşiktaş" klubunun prezidenti Yıldırım Dəmirörən Türkiyə Futbol Federasiyasının prezidentliyinə namizədliyini rəsmən irəli sürüb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı "Beşiktaş" klubunun rəsmilərinin iştirakıyla toplantı keçirilib. Klub rəhbəri Yıldırım Dəmirörən İdarə Heyətinə TFF prezidenti olmaq üçün namizədliyini vermək niyyətini bildirib.

Bu addım müsbət qarşılanıb. "Beşiktaş"ın prezidenti federasiyaya seçkidə istəyinə nail olsa, klubdan istefa verəcək. Əks halda, klubda fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, TFF prezidentliyinə seçkilər fevralın 27-də keçiriləcək.

Artıq Türkiyə superliqasında oynayan 13 klub – “Beşiktaş”, “Qaziantepspor”, “Mersin İdman Yurdu”, “Eskişəhirspor”, “Ankaragücü”, “Gənçlərbirliyi”, “Kayserispor”, “Kardemir Karabükspor”, “Samsunspor”, “Orduspor”, “Antalyaspor”, “Sivasspor” və “İstanbul Böyükşəhər Bələdiyəspor” Yıldırım Dəmirörenin namizədliyini dəstəkləyəcəyini açıqlayıb. “Qalatasaray” və “Bursaspor” ona dəstək verməyəcini elan edib. “Fənərbaxça”, “Trabzonspor” və “Manisaspor” isə hələlik məsələyə münasibət bildirməyib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı