«Qarabağ» da milli komandanın məşqçilərinə qarşı çıxdı

«Qarabağ» da milli komandanın məşqçilərinə qarşı çıxdı
XƏBƏR 29 Noyabr 2008 / 11:48 3815
-  A +

«Bakı»dan sonra Ağdamın «Qarabağ» klubu da futbolçularının milli komandaya çağırılmamasından narazılığını ifadə edib. «Komandamızın fiziki hazırlığının belə əla olmasında üzümüzü güldürən daha bir amil isə son oyunlarda uğurla çıxış edən kollektivimizdə yerli futbolçuların çoxluğudur. Amma qəribədir ki, iddialılar arasında ən çox yerli futbolçunun “Qarabağ”da olmasına baxmayaraq, millinin məşqçilər korpusunun diqqətini cəlb etmir». Qol.Az-ın məlumatına görə, bu sözlər Ağdam klubunun rəsmi saytında yer alıb. Komandanın son oyunlardakı uğurlu çıxışına diqqət cəlb edən klubun rəsmi saytı futbolçu «Qarabağ»ın koordinatoru Mehmet Akın fikirlərinə yer ayırıb: “Qarabağ” hazırda premyer-liqada ən yaxşı fiziki hazırlığa malik komandadır. Hər halda son matçlarda bütün Azərbaycan bunun şahidi oldu. İstər “İnter”, istərsə də “Xəzər-Lənkəran” matçlarında 9 yerli futbolçuyla oynadıq. Halbuki rəqiblərimiz də eyni sayda legionerdən istifadə edirdi. Heç də onlardan geri qalmadıq. Əksinə daha yaxşı mübarizə apardıq. Bu da göstərir ki, hər şeyin futbolçunun özündən asılıdır”.
Mehmet Ak belə mücadiləyə rəğmən futbolçularının milliyə çağrılmamasının səbəblərini başa düşə bilmir: ”Sadəcə, Fərhadla Vaqif milliyə çağırılır. Başqa iddialılarda yerli futbolçu tapılmazkən, bizdə Aftandil Hacıyev, Emin İmaməliyev, Maksim Medvedyev, Zaur Həşimov, Namiq Yusifov mütəmadi olaraq əsas heyətdə oynayır. Aslan Kərimovla Zaur Ramazanovu başa düşdük ki, yaş amilinə görə millidən uzaq qalıb. Amma adlarını sadaladığım futbolçular bütün kriteriyalara cavab verir. Bu gün Aftandildən əla formada olan son müdafiəçi varmı? Maksim bir neçə ildən sonra Avropada oynayacaq, amma hələ də milliyə çağırılmayıb. Özü də hazırda gəncləşdirmədən danışılır. Bu gün Azərbaycanda Maksim yaşda ikinci bir istedad yoxdur. Mənə həqiqətən də maraqlıdır ki, “Qarabağ”ın sağ cinahı 19 yaşlı uşağa tapşırılır və başarıyla oynamasına baxmayaraq, diqqətindən kənarda qalır. Eyniylə Eminin, Namiqin də oyunu göz qabağındadır”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı