Pike Qvardiolayla münaqişəsi xəbərlərinə münasibət bildirdi

XƏBƏR 20 Fevral 2012 / 20:25 2135
-  A +

“Barselona”nın futbolçusu Jerard Pike baş məşqçisi Xosep Qvardiola ilə aralarında münaqişə yaranması xəbərlərinə münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Pike ona Qvardiolanın bir məşqçi kimi çox faydası dəydiyini deyib.

“Buna görə də ona minnətdaram. Mənim şəxsi heyatım idmançı karyerama mane olmur. Təsadüfi deyil ki, ötən il “Barselona”yla birgə İspaniya çempionu olmuş, kuboku və Çempionlar Liqasında birinciliyi qazanmışam. Bu mənada, mənim Qvardiolayla münaqişəm yoxdur” – deyə Pike bildirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord