Sxadadze: “Bilmirəm, Arif onu vurub, ya yox”

Sxadadze: “Bilmirəm, Arif onu vurub, ya yox”
XƏBƏR 20 Fevral 2012 / 18:25 1937
-  A +

“Komandamın oyunundan razıyam”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Unibank Premyer Liqasının 21-ci turunda “Sumqayıt” üzərindəki qələbədən (2:0) sonra bildirib.

O, matçın 35-ci dəqiqəsində futbolçuları Arif Daşdəmirova qırmızı vərəqə göstərilməsi epizodu haqda da danışıb: “On nəfərlə qalmağımız oyunumuza təsir etdi. Mən indi dəyə bilmərəm ki, Arif rəqibi vurub, ya yox. Həmin epizodun videoyazısına baxmaq lazımdır.Azlıqda qaldıqdan sonra yerdəyişmə etdik ki, bu da özünü doğrultdu və biz ikinci qolu vurduq”.

Sxadadze rəqib “Sumqayıt” haqda xoş fikirlər səsləndirib: “Sumqayıt” gələcəyin komandasıdır”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord