Rauf Mehdiyev: "Bu, onlar üçün son şansdır"

Rauf Mehdiyev: "Bu, onlar üçün son şansdır"
XƏBƏR 20 Fevral 2012 / 18:02 1952
-  A +

"Hər oyunda olduğu kimi bu dəfə də meydana qələbə üçün çıxacağıq. Əlverişsiz hava şəraiti səbəbindən stadionun ot örtüyü də ağırlaşıb. İnanıram ki, havanın soyuq olmasına baxmayaraq, azarkeşlərimiz bizi tək qoymayacaq".

Qol.Az-ın məlumatına görə, "Neftçi"nin qapıçısı Rauf Mehdiyev klubun rəsmi saytına müsahibəsində deyib.

R.Mehdiyev sabah qarşılaşacaqları "Rəvan"la oyun haqda daha sonra bunları bildirib: "Rəqibimiz çempionatın debütantı olsa da ilk "altılığ"a düşmək imkanını saxlayır. Bu, onlar üçün son şansdır və ona görə də axıra kimi mübarizə aparacaqlar.

Bu baxımdan da düşünürəm ki, gərgin və maraqlı qarşılaşma olacaq. Ötən tur "Sumqayıt"la keçirilmiş matçda start heyətində yer aldım. Əgər məşqçilər heyəti şans versə yenə komandaya kömək etməyə hazıram".


Son xəbərlər