“Xəzər Lənkəran” Randall Brenesin transfer vərəqəsini aldı

“Xəzər Lənkəran” Randall Brenesin transfer vərəqəsini aldı
ÖLKƏ FUTBOLU 20 Fevral 2012 / 15:25 2617
-  A +

“Xəzər Lənkəran”ın kosta-rikalı futbolçusu Randall Brenes sabah Unibank Premyer Liqasının 21-ci turunun “Qəbələ”yə qarşı oyununda komandasına kömək edə bilər.

Cənub klubunun qış fasiləsində transfer etdiyi hücumçunun transfer vərəqəsi 2-3 gündür ki, gəlib və artıq onu adı çempionatın iştirakçıları siyahısına daxil edilib.

Bu haqda Qol.Az-a “Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev məlumat verib.

O deyib ki, baş məşqçi Cüneyt Biçərin şans verəcəyi təqdirdə, Brenes sabah “Qəbələ”ylə səfər oyununda meydana çıxa biləcək.

Qeyd edək ki, kosta-rikalı hücumçunun transfer vərəqəsi gecikdiyi üçün o, ötən tur AZAL-la oyunda iştirak edə bilməmişdi.

Daha çox


Son xəbərlər