Maksim Medvedyevi Eltun Yaqublu əvəz etdi

XƏBƏR 20 Fevral 2012 / 12:43 1861
-  A +

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev “Bakı”yla ötən turda aldığı zədəyə görə bu gün komandasına kömək edə bilməyəcək.

Qol.Az-ın məlumatına görə, Unibank Premyer Liqasının 21-ci turunda bu gün “Kəpəz”ə qarşı matçda Medvedyevin adı iştirakçılar sırasına salınmayıb.

Baş məşqçi Qurban Qurbanov bu oyunda Maksimin əvəzinə meydana “Neftçi”dən transfer edilən Eltun Yaqublunu buraxacaq.


Son xəbərlər