Hiddink: “Qoy, məni Quus Süleymanoviç çağırsınlar!”

Hiddink: “Qoy, məni Quus Süleymanoviç çağırsınlar!”
DÜNYA FUTBOLU 20 Fevral 2012 / 11:32 2827
-  A +

Mahaçqalanın “Anji” klubunun yeni baş məşqçisi Quus Hiddink ona yeni müraciət formasıyla bağlı fikirlərə münasibət bildirib.

Qeyd edək ki, Rusiya millisində çalışdığı dövrdə rus azarkeşlər Hiddinki Qus İvanoviç deyə çağırıblar.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis indi də ona Qus Maqemodoviç deyə müraciət olunacağından narahatlıq keçirmədiyini bildirib.

“Azarkeşlərə necə xoşdursa, elə də etsinlər. Lap istəyirlər məni Qus Süleymanoviç çağırsınlar. Bu, daha əla səslənir!” – deyə o bildirib.

Qeyd edək ki, Hiddink “Anji”nin prezidenti Süleyman Kərimovun dəvətindən sonra bu gunlərdə Mahaçqala klubunu rəsmən qəbul edib.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq