FİFA referimiz Avropa Kubokunun həlledici görüşlərini idarə edib

FİFA referimiz Avropa Kubokunun həlledici görüşlərini idarə edib
XƏBƏR 20 Fevral 2012 / 11:10 1665
-  A +

Rusiyanın paytaxtı Moskvada çimərlik futbolu üzrə Avropa Kubokuna yekun vurulub.

Qol.Az-ın məlumatına görə, finalda meydan sahibləri ilə Portuqaliya yığmaları üz-üzə gəlib.

Görüş Rusiyanın qələbəsi ilə yekunlaşıb – 4:2. 3-cü yer uğrunda qarşılaşmada isə İsveçrə İtaliyaya qalib gəlib – 5:4.

Azərbaycanlı FİFA referisi Əfqan Həmzəyev bürünc medal görüşündə baş hakim, finalda ehtiyat hakim olub. O, Avropa Kubokunda ¼ final mərhələsinin Portuqaliya – Polşa (5:3), yarımfinalda isə Rusiya – İtaliya (4:1) matçlarında da baş hakim qismində meydançaya çıxıb. (lent.az)


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı