"Bakı"da dörd zədəli

XƏBƏR 20 Fevral 2012 / 00:45 1895
-  A +

“Bakı” klubu bu gün Unibank Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “Simurq”un qonağı olacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən səhər saatlarında Zaqatalaya yollanan komandanın oyunun keçiriləcəyi stadionda məşqi baş tutub.

Baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında meydana çıxan futbolçular 1 saat ərzində fiziki və taktiki təmrinlər üzərində çalışıblar.

Zədəli futbolçular Elvin Əliyev, İbrahim Karqbo, Maris Verpakovskinin sırasına son oyunda xəsarət alan Nenad Kovaçeviç də qoşulub.

Bu futbolçular məşq prosesində iştirak etməyiblər.

Qeyd edək ki, "Simurq" - "Bakı" matçı saat 16:00-da baş tutacaq.


Son xəbərlər