FİFA Özbəkistan millisini cəzalandırdı

FİFA Özbəkistan millisini cəzalandırdı
GÜNDƏM 19 Fevral 2012 / 02:47 2750
-  A +

FİFA Özbəkistan milli komandasının 5 futbolçusunu diskvalikasiya edib.

Qol.Az-ın məlumatına görə, buna səbəb isə həmin futbolçuların DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Tacikistanla keçirilən görüşdə bilərəkdən sarı vərəqə alaraq cəzalı vəziyyətə düşmələridir.

Həmin görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən Özbəkistan millisinin 5 futbolçusu matçın sonlarına yaxın vaxtı uzatmaqla bilərəkdən sarı vərəqə alıblar. Həmin futbolçulara bu addımı atmağa növbəti turda qarşılaşacaqları Yaponiya ilə görüşün heç bir əhəmiyyət daşımaması vadar edib.

Lakin FİFA-nın diqqətindən yayınmayan bu hərəkətə sonda hüquqi qiymət verilib. Həmin futbolçular fevralın 29-da keçirələcək Yaponiya ilə görüşü buraxmaqla yanaşı, müəyyən məbləğdə pul cəzasına da məhkum olacaqlar.

Qeyd edək ki, baş verən bu hadisəyə görə Özbəkistan Futbol Federasiyası 20 min dollar cərimə ödəyəcək.

Daha çox


Son xəbərlər