Almaniya Bundesliqası: "Bavariya" itirdi, "Borussiya" qazandı

Almaniya Bundesliqası: "Bavariya" itirdi, "Borussiya" qazandı
XƏBƏR 19 Fevral 2012 / 01:58 1975
-  A +

Almaniya Bundesliqasında XXII turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.

Səfərdə "Herta" (Berlin) klubunun qonağı olan "Borussiya" (Dortmund) rəqibini minimal hesabla məğlub edib. Bununla da, Dortmund təmsilçisi zirvədəki mövqeyini qoruyub.

Münhenqladbax "Borussiya"sı da turu qələbə ilə başa vurub. Səfərdə "Kayzerslautern"lə qarşılaşan "Borussiya" rəqibini 2:1 hesabı ilə məğlub edib.

"Bavariya" isə bu tur xal itkisi ilə üzləşib. Səfərdə "Frayburq"un qonağı olan Münhen təmsilçisi rəqibin müqavimətini qıra bilməyib. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Qeyd edək ki, XXII tura bu axşam keçiriləcək 2 oyunla yekun vurulacaq.

 

 

17 fevral

Almaniya Bundesliqasında XXII turun oyunları

"Hoffenhaym" - "Mainz" - 1:1
Qollar:
Noveski, 9-avtoqol (1:0), Zidan, 29 (1:1)

 

18 fevral

"Herta" (Berlin) - "Borussiya" (Dortmund) - 0:1
Qol:
Kroskroyts, 66 (0:1)

"Kayzerslautern" - "Borussiya" (Münhenqladbax) - 1:2
Qollar:
Hermann, 10 (0:1), Aranqo, 15 (0:2), Yessen, 62 (1:2)

"Hamburq" - "Verder" (Bremen) - 1:3
Qollar:
Marin, 9 (0:1), Traybull, 45 (0:2), Petriç, 76 (1:2), Arnautoviç, 86 (1:3)

"Nürnberq" - "Köln" - 2:1
Qollar:
Esvein, 28 (1:0), Novakoviç, 66 (1:1), Pekhart, 85 (2:1)

"Bayer" (Leverkuzen) - "Augsburq" - 4:1
Qollar:
Kislinq, 25 (1:0), 65 (3:1), Koo, 50 (1:1), Kastro, 62 (2:1), Şürrle, 71 (4:1)

"Frayburq" - "Bavariya" - 0:0

 

19 fevral

"Şalke" - "Volfsburq"

"Hannover" - "Ştuttqart"

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı