İngiltərə kuboku: "Arsenal" kubokla vidalaşdı

İngiltərə kuboku: "Arsenal" kubokla vidalaşdı
XƏBƏR 19 Fevral 2012 / 01:16 1710
-  A +

İngiltərə Federasiya kubokunda (FA) 1/8 final mərhələsinin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.

Öz meydanında "Birmingem"i qəbul edən "Çelsi" rəqibi ilə bacarmayıb. Hərəyə bir dəfə fərqlənən komandalar oyundan sülhlə ayrılıblar - 1:1.

Doğma meydanda "Bləkpul"u qəbul edən "Everton" klubu isə rəqibini məğlub etməyi bacarıb. Rəqibini 2 cavabsız qolla məğlub edən Liverpul təmsilçisi növbəti mərhələyə adlayıb.

Səfərdə "Sanderlend"in qonağı olan "Arsenal" klubu isə növbəti mərhələdən kənarda qalıb. Rəqibinə 0:2 hesabı ilə məğlub olan "topçular" kubokla erkən vidalaşmalı olub.

Qeyd edək ki, 1/8 final mərhələsinin qalan 3 oyunu isə bu axşam keçiriləcək.

 

 

18 fevral

İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinin oyunları

"Çelsi" - "Birmingem" - 1:1
Qollar:
Mörfi, 21 (0:1), Stariç, 62 (1:1)

"Everton" - "Bləkpul" - 2:0
Qollar:
Drente, 1 (1:0), Strakualursi, 6 (2:0)

"Norviç" - "Leyçester" - 1:2
Qollar:
Ledger, 6 (0:1), Hoolahan, 23 (1:1), Nugent, 71 (1:2)

"Milvall" - "Bolton" - 0:2
Qollar:
Miyaiçi, 4 (0:1), David N`Gog (0:2)

"Sanderlend" - "Arsenal" - 2:0
Qollar:
Rişardson, 40 (1:0), Çemberleir, 78-avtoqol (2:0)

 

19 fevral

"Kroli" - "Stok Siti"

"Stevenage" - "Tottenhem"

"Liverpul" - "Briqton"


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı