"İnter"lə görüşə məğlub olmağa getmirik"

"İnter"lə görüşə məğlub olmağa getmirik"
XƏBƏR 18 Fevral 2012 / 17:51 1739
-  A +

Unibank Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Sumqayıt” klubu hazırlığını davam etdirir.

Qol.Az-ın məlumatına görə, son turda “Neftçi” ilə matçda ilk rəsmi oyununa çıxan komandanın yeni transferi Yasin Abbasov klubun rəsmi saytına açıqlama verib:

"Neftçi" ilə oyuna yaxşı başladıq. Birinci hissədə rəqibdən heç də geri qalmırdıq. Lakin 45+2-ci dəqiqədə qapımızdan buraxdığımız qol komandaya pis təsir göstərdi. İkinci yarıya rəqib daha sürətli başladı. Onlar meydanda daha istəkli tərəf idi. Fasilədən sonra oyunumuz ümumiyyətlə alınmadı. Bunun məntiqi nəticəsi kimi qapımızda daha iki qol görüb, oyundan məğlub olduq. İlk rəsmi oyunuma gəldikdə, komandaya Antalyadakı toplanışda qatılmışdım.

“Jetusi” ilə ilk yoxlama görüşündən başqa, Türkiyədə baş tutan üç qarşılaşmada meydana çıxmışdım. Bakıda “Rəvan”la keçirilmiş yoxlama oyununda isə cəmi 15 dəqiqə oynaya bilmişdim, zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdım. “Neftçi” ilə qarşılaşmada öz oyunumu göstərə bilmədim. Tez bir zamanda tam hazır vəziyyətə gələcəyimə inanıram".

Abbasov qarşıdakı “İnter”lə oyun haqqında da fikirlərini bildirib. Futbolçu “bankirlər”lə baş tutacaq görüşdə uğur qazanacaqlarına inandığını deyib: “İnter” Azərbaycan çempionatının ən güclü klublarından biridir. Oyun üslubuna görə çox seçilirlər. Lakin biz “İnter”lə görüşə məğlub olmağa getmirik. “Neftçi” ilə oyundan sonra fasiləsiz hazırlığımızı davam etdiririk. Komandada əhval-ruhiyyə yüksəkdir. Bu qarşılaşmadan ən azından bir xalla ayrılacağımızı düşünürəm".

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı