Kliçkonu şillələyən boksçuya 50 min dollar cərimə

Kliçkonu şillələyən boksçuya 50 min dollar cərimə
XƏBƏR 18 Fevral 2012 / 16:09 2071
-  A +

Ümumdünya Boks Şurası (WBC) britaniyalı boksçu Derek Çisoranı 50 min dollar cərimələyib.

Qol.Az-ın “Boxingscene.com”a istinadən verdiyi məlumata görə, buna Çisoranın ukraynalı rəqibi Vitali Kliçkoya şillə vurması səbəb olub. WBC prezidenti Xose Süleymanın sözlərinə görə, britaniyalı boksçunun bu hərəkəti tam biabırçılıq və ucuz təxribatdır. Onun fikrincə, belə davranış boksçu üçün qəbuledilməzdir və idmana hörmətsizliyini göstərir.

Süleyman ümid etdiyini bildirib ki, Kliçko Çisora ilə rinqdə haqq-hesab çəkəcək. Britaniyalının ödəyəcəyi cərimə isə xeyriyyə məqsədlərinə sərf olunacaq. Döyüş isə bu gecə Almaniyanın Münhen şəhərində baş tutacaq. WBC versiyası üzrə hazırkı dünya çempionu Vitali Kliçko titulunu qorumağa çalışacaq.

Qeyd edək ki, ağır çəkili ukraynalı boksçu Darek Çisoranın şilləsinə rəsmi çəkiölçmə mərasimində məruz qalıb. Vitali Kliçko həmin vaxt rəqibinə reaksiya verməyib. O bildirib ki, Çisora bu hərəkətinin cavabını rinqdə alacaq.


Son xəbərlər