Unibank Premyer Liqasının növbəti turu da təxirə salınacaq?

Unibank Premyer Liqasının növbəti turu da təxirə salınacaq?
ÖLKƏ FUTBOLU 18 Fevral 2012 / 14:53 3372
-  A +

Futbol üzrə Unibank Premyer Liqasında XXI turun oyunları təxirə salınmayacaq. Bu barədə Lent.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Onun sözlərinə görə, görüşlər istənilən hava şəraitində baş tutacaq: “XIX turda olduğu kimi yenə təxirəsalmadan söhbət gedə bilməz. Çalışacağıq ki, necə olursa-olsun, qarşıdakı tur keçirilsin”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti günün ikinci yarısından etibarən fevralın 21-dək hava şəraitinin yağıntılı olacağı barədə xəbərdarlıq edib. Paytaxtda və bölgələrdə yağıntının sulu qar və qara keçəcəyi, temperaturun aşağı düşəcəyi, yolların buz bağlayacağı gözlənilir. Əlverişsiz hava şəraiti üzündən 10-11 fevralda keçirilməli olan XIX turun qarşılaşmaları martın 7-ə təxirə salınıb.

Qeyd edək ki, qarşıdakı turun 6 oyunundan yarısı paytaxtda, qalanları bölgələrdə keçiriləcək. Bölgələrdəki matçlardan 2-si dağlıq ərazidə yerləşən Qəbələ və Zaqatalada nəzərdə tutulub.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı