Daha bir ulduz futbolçu Amerika yolunda

Daha bir ulduz futbolçu Amerika yolunda
XƏBƏR 18 Fevral 2012 / 14:18 2230
-  A +

"Bayer" (Leverkuzen) klubunun futbolçusu Mixael Ballak yenidən komandanı tərk edə bilər.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 35 yaşlı futbolçunun Amerikaya gedəcəyi iddia olunur.

Amerikanın "Nyu-York" klubu Ballakı transfer etməkdə maraqlıdır. Karyerasında yenilik etmək istəyən futbolçu da bunu müsbət qarşılayıb.

Lakin almaniyalı futbolçunun maliyyə məsələsində razılığa gəlməyəcəyi təqdirdə Leverkuzen təmsilçisində qalacağı bildirilir.

Qeyd edək ki, 2010-cu ildə yenidən "Bayer"ə qayıdan Ballak keçirdiyi 27 oyunda cəmi 2 dəfə fərqlənib


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki