Amit Quluzadə oynamadı, komandası qələbəni əldən verdi

Amit Quluzadə oynamadı, komandası qələbəni əldən verdi
GÜNDƏM 18 Fevral 2012 / 17:26 2271
-  A +

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu Türkiyənin "Kayseri Erciyesspor" klubu bu gün Bank Asya liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisi öz meydanında "Karşıyaka" klubu ilə qarşılaşıb.

Bu oyuna 29 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan Amitin komandasını bu görüşdə yalnız qələbə razı sala bilərdi. Lakin matçın 76-cı dəqiqəsində hesabı açan meydan sahibləri üstünlüyü sonadək qoruya bilməyiblər - 1:1.  

Qeyd edək ki, "Kayseri Erciyesspor"un baş məşçqisi Kemaləttin Şəntürk bu görüşdə Amitə şans verməyib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı