Hindistan millisinin futbolçusu: "Azərbaycanla oyun xüsusi əhəmiyyət daşıyır"

Hindistan millisinin futbolçusu: "Azərbaycanla oyun xüsusi əhəmiyyət daşıyır"
ÖLKƏ FUTBOLU 18 Fevral 2012 / 11:38 2909
-  A +

"Hazırda komandada yüksək əhval-ruhiyyə var. Komandamız uzun müddət bir yerdə oynayan futbolçulardan qurulub. Bunların sırasında Samir Naik daha çox fərqlənir".

Qol.Az-ın məlumatına görə, bu sözləri Hindistan millisinin müdafiəçisi Quramanqi Moiranqzem ölkəsinin mətbuatına açıqlamasında deyib.

19 yaşlı futbolçu fevralın 27-də Azərbaycan millisi ilə keçirəcəkləri oyuna da toxunub: "Gələn ay start götürəcək "Challenge Cup 2012" turniri öncəsi Dubayda təlim-məşq toplanışı keçəcəyik.

Həmin müddətdə Oman və Azərbaycan yığmaları ilə yoldaşlıq görüşləri keçirəcəyik. Bu görüşlər də bizim üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, yaxşı hazırlıq prosesi keçəcəyik. Çünki əvvəlki təlim-məşq toplanışlarının da bizə faydası olub. Qarşıda bizi mötəbər turnir gözləyir. Komandada hər kəs üzərinə düşən məsuliyyəti yaxşı dərk edir".

Qeyd edək ki, fevralın 27-də keçiriləcək Azərbaycan - Hindistan oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. 

Daha çox


Son xəbərlər