Hiddink Roberto Karlosla görüşdü (FOTO)

Hiddink Roberto Karlosla görüşdü (FOTO)
GÜNDƏM 18 Fevral 2012 / 01:25 2430
-  A +

Rusiyanın “Anji” klubuna baş məşqçi təyin olunan Quus Hiddink yeni komandası ilə tanış olub.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Mahaçqala klubunun bazasında futbolçularla hollandiyalı mütəxəssisin görüşü baş tutub.

Hiddink “Anji”də çıxış edən bəzi futbolçuları yaxından tanıdığını bildirib:

“Roberto Karlos, Samuel Eto`o, Yuri Jirkov və Vladimir Qabulov müxtəlif vaxtlarda rəhbərliyim altında oynayıblar.

Uğur qazanmaq üçün birlikdə gələcəyə inamla baxmaq lazımdır. Bizi ağır iş rejimi gözləyir. Vaxtımız isə demək olar ki, yoxdur. Yalnız öz işimiz haqda düşünməliyik. Bizim üçün bundan savayı heç nə önəmli ola bilməz”.

Daha çox


Son xəbərlər