26 illik karyerası ərzində 26-cı dəfə baş məşqçi təyin olundu

26 illik karyerası ərzində 26-cı dəfə baş məşqçi təyin olundu
XƏBƏR 17 Fevral 2012 / 18:49 2760
-  A +

Türkiyənin tanınmış futbol mütəxəssisi Yılmaz Vural 26 illik karyerası ərzində 26-cı dəfə baş məşqçi təyin olunub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 59 yaşlı mütəxəssis ölkə çempionatının I Liqasında mübarizə aparan “Sakaryaspor”la müqavilə bağlayıb.

Anlaşma müddəti mövsümün sonunadək nəzərdə tutulub. Onun fəaliyyəti rəhbərliyi qane etsə, növbəti mövsümdə də baş məşqçi postunda qalacaq. Vuralın əsas işi hazırda 18 komanda arasında 16-cı pillədə olan “Sakaryaspor”u I Liqada saxlamaqdan ibarət olacaq.

Qeyd edək ki, Yılmaz Vural yalnız Türkiyənin 3 nəhəng klubu “Qalatasaray”, Fənərbaxça” və “Beşiktaş”da baş məşqçi ola bilməyib. O, karyerasında ilk dəfə “Sakaryaspor”da çalışacaq. Əvvəllər Vural 3 dəfə “Bursaspor”, 2 dəfə “Antalyaspor”, 2 dəfə “Adanaspor”, 2 dəfə “Konyaspor” və hərəyə 1 dəfə “Malatyaspor”, “Samsunspor”, “Karşıyaka”, “Qaziantepspor”, “Eskişehirspor”, “Sarıyer”, “Trabzonspor”, “Gənclərbirliyi”, “Çanaqqala Dardanelspor”, “Dənizlispor”, “Diyarbəkirspor”, “Çaykur Rizəspor”, “Ankaragücü”, “Manisaspor”, “Kocaelispor” və “Kasımpaşa” komandalarına rəhbərlik edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı