Birinci divionun təqvimində dəyişiklik edildi

Birinci divionun təqvimində dəyişiklik edildi
XƏBƏR 17 Fevral 2012 / 16:41 1364
-  A +

Futbol üzrə Azərbaycan I divizionunun təqvimində növbəti dəfə dəyişiklik edilib. Qol.Az-ın məlumatına görə, Peşəkar Futbol Liqası (PFL) bəyanat yayıb.

Ölkə ərazisində hökm sürən kəskin hava şəraiti ilə əlaqədar olaraq XVI turun bütün görüşlərinin 28 mart 2012-ci il tarixində keçiriləcəyini və XVII turun “Şəmkir” – “Bakılı” və “Göyəzən” – “MKT-Araz” matçlarının oynanılacağı stadionların ot örtüyününün yararsız vəziyyətdə olmasını nəzərə alaraq PFL prezidenti Ramin Musayev oyunların vaxtının dəyişdirilməsi haqda əmr verib: 

Birinci divizionun 23-cü turunun bütün görüşləri 30 mart 2012-ci il tarixindən 1 aprel 2012-ci il tarixinə keçirilsin.
 
Birinci divizionun 17-ci turunun “Şəmkir” – “Bakılı” və “Göyəzən” – “MKT-Araz” matçları 18 fevral 2012-ci il tarixindən 25 aprel 2012-ci il tarixinə keçirilsin.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın