"Qarabağ" və "Xəzər Lənkəran"ın futbolçusuna 4 oyunluq cəza

"Qarabağ" və "Xəzər Lənkəran"ın futbolçusuna 4 oyunluq cəza
XƏBƏR 17 Fevral 2012 / 15:46 2590
-  A +

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Unibank Premyer Liqasının çıxış edən klubların əvəzedici heyətlərinin XX turu da diqqətdən kənar qalmayıb. Qol.Az-ın məlumatına görə, İK son turda baş verən hadisələrlə bağlı qərarlarını açıqlayıb.  

XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Bakı” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ” klubunun 4 nömrəli futbolçusu Kamil Hüseynov aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2 min manat cərimə olunub.

XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Xəzər Lənkəran” – AZAL matçda “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimələnib.

Oyunun 88-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 90 nömrəli futbolçusu Fikrət Ulduzlu hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, kluba 2 min manat cəza kəsilib.

XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Sumqayıt” – “Neftçi” matçda “Sumqayıt” klubunun 7 nömrəli futbolçusu Aydın Qasımov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.

XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Kəpəz” – “İnter” matçının 89-cu dəqiqəsində “İnter” klubunun məşqçisi Üzeyir İbrahimov hakimlərin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 500 manat tətbiq edilib.

XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Simurq” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimələnib.

Oyunun 61-ci dəqiqəsində “Simurq” klubunun 11 nömrəli futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunub.

XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Rəvan” – “Turan” matçında “Rəvan” klubunun 4, “Turan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimələnib.

Oyunun 61-ci dəqiqəsində “Rəvan” klubunun 17 nömrəli futbolçusu Muxtar İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, kluba 1000 manat cəza kəsilib.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq