AFFA "Xəzər Lənkəran"ı cəzalandırdı

AFFA "Xəzər Lənkəran"ı cəzalandırdı
GÜNDƏM 17 Fevral 2012 / 15:25 2828
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Qol.Az-ın məlumatına görə, tədbirdə Unibank Premyer Liqasının XX turunda baş verən hadisələrlə bağlı qərarlar çıxarılıb.

XX Unibank Premyer Liqasının XX turunun “Bakı” –  “Qarabağ” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

XX Unibank Premyer Liqasının XX turunun “Xəzər Lənkəran” –  AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyunun 44-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün kluba 2 min manat cəza kəsilib.

XX Unibank Premyer Liqasının XX turunun “Rəvan” –  “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi